Ana Sayfa > Karusel > Qurban bayramı günü qəbiristanlıqlarda "mollalar"ın sayı artıb

Qurban bayramı günü qəbiristanlıqlarda "mollalar"ın sayı artıb


1-09-2017, 20:44. Yazar: admin
Qurban bayramı günü qəbiristanlıqlarda "mollalar"ın sayı artıb







Bütün dini bayramlarda olduqu kimi, Qurban bayramında da qəbiristanlıqlarda "mollalar"ın sayı artıb.

Aia.Az bildirir ki, belə şəxslərin əksəriyyəti başına təkkə qoyaraq əllərinə yasin sürəsinin yazıldığı bir kitab alır və bu işi qazanc mənbəyi kimi görürlər. Elə müsahibə aldıqımız bir "molla" kimi. Ərəbcə bir hərf belə tanımır, amma yasin oxuyur.

Müsahibə aldıqımız digər şəxs isə insanların onlara inanmadığını, əslində düz etdiklərini bildirir.

Burada duran şəxslər bildirir ki, xüsusilə Novruz və Ramazan bayramlarında onlara təlabat çox olur. Elə həmin vaxtlardada rayonlardan Yasamal qəbiristanlığına çoxlu sayda özünü "molla" adlandıran şəxslər gəlir.

Qəbir ziyarətinə gələnlər isə belə şəxslərə müraciət etməyə məcbur olduqlarını bildirirlər.

İlahiyyatçı Mirhəmid Məmmədov isə belə "mollalar"ın artımına səbəbin elə onlara pul verən şəxslərin olduğunu bildirir. Onun sözlərinə görə, insanlar belə şəxslərə pul verərək sanki məsuliyyəti üzərlərindən atırlar, amma əslində gərək hər bir ölü sahibi pul verdiyi şəxsin dini savadı olub-olmaması ilə maraqlansın və ona görə yasin oxutdursun. Belə olduqda həmin şəxslər də bu əməldən çəkinərlər. Əks halda onlara yasin oxumaq üçün pul verməyin heç bir faydası yoxdur. Bu kimi hallar İslam dininə kölgə salır.

aia.az
Geri dön