Ana Sayfa > Şou-biznes / Manşet > Bakıda pulsuz "Wi-Fi" artıq bu YENİ ƏRAZİLƏRDƏ də olacaq

Bakıda pulsuz "Wi-Fi" artıq bu YENİ ƏRAZİLƏRDƏ də olacaq


26-07-2017, 22:10. Yazar: admin
Bakıda pulsuz "Wi-Fi" artıq bu YENİ ƏRAZİLƏRDƏ də olacaq







Artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də "Wi-Fi"a ödənişsiz giriş təmin olunacaq.

Aia.Az bildirir ki, bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.

aia.az
Geri dön