Ana Sayfa > Manşet / Karusel > Zəhərlənənlərdən biri aparıcının oğludur - “Çox pis idi”

Zəhərlənənlərdən biri aparıcının oğludur - “Çox pis idi”


24-07-2017, 11:51. Yazar: admin
Zəhərlənənlərdən biri aparıcının oğludur - “Çox pis idi”







Xəbər verdiyimiz kimi, ötən gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib.

Aia.az Musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituriyentlərdən biri aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı özü məlumat verib:

“Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.

aia.az
Geri dön