Ana Sayfa > Siyasət / Manşet / Karusel > İlham Əliyev fransalı həmkarına başsağlığı verdi

İlham Əliyev fransalı həmkarına başsağlığı verdi


23-10-2015, 18:02. Yazar: admin


Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib

Məktubda dövlətimizin başçısı Fransada baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar Fransa dövlətinin başçısına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.(azərtac)
Geri dön