Ana Sayfa > İdman > Güləşçilərimizdən beynəlxalq turnirdə səkkiz medal

Güləşçilərimizdən beynəlxalq turnirdə səkkiz medal


10-07-2017, 12:06. Yazar: admin
Güləşçilərimizdən beynəlxalq turnirdə səkkiz medal



Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində keçirilən beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 48-ci beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

AİA.Az report-a istinadən xəbər verir ki, bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yalnız finalda uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətləniblər.

Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) isə bürünc medal əldə ediblər.

AİA.az
Geri dön