Ana Sayfa > İdman > “Barselona” Messi ilə müqaviləni uzatdı

“Barselona” Messi ilə müqaviləni uzatdı


5-07-2017, 16:29. Yazar: admin
“Barselona” Messi ilə müqaviləni uzatdı



İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzatdığını elan edib.

Trend-in məlumatına görə, klub bu barədə rəsmi saytında bildirib.

Qeyd olunur ki, tərəflər müqavilənin 2021-ci il iyunun 30-dək uzadılmasına razılıq verib.

Müqavilə yaxın günlərdə imzalanacaq. Hazırda L.Messinin klubla müqaviləsi 2018-ci ilin iyulunadək qüvvədədir.

Yeni müqaviləyə əsasən, Lionel Messinin transfer qiyməti 300 milyon avro təşkil edəcək.

AİA.az
Geri dön