Ana Sayfa > Gündəm / Manşet > Dünyadakı qaçqınların sayı açıqlandı

Dünyadakı qaçqınların sayı açıqlandı


4-07-2017, 17:00. Yazar: admin
Dünyadakı qaçqınların sayı açıqlandı



2017-ci ilin əvvəlindən indiyə qədər dünya üzrə ölən və itkin düşən miqrant və qaçqınların sayı 3 min 47 nəfərdir.

AİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Agentlik məlumat yayıb.

Məlumatda bildirilib ki, bu ilin ötən dövrü ərzində dəniz yolu ilə Avropaya 101 min 210 miqrant və qaçqın gedib. Onların 85 faizi İtaliya, qalanları Yunanıstan, Kipr və İspaniya üzərindən Avropaya keçib. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 2 dəfə azdır. Bu müddət ərzində Aralıq dənizində 2 min 247 miqrant və qaçqın ölüb.

AİA.az
Geri dön