Ana Sayfa > Cəmiyyət > Bələdiyyəyə məxsus ərazidə 4,3 ton narkotika aşkarlandı – Şəkidə

Bələdiyyəyə məxsus ərazidə 4,3 ton narkotika aşkarlandı – Şəkidə


27-06-2015, 11:11. Yazar: admin
Bələdiyyəyə məxsus ərazidə 4,3 ton narkotika aşkarlandı – Şəkidə
Şəkidə 4,3 ton narkotik tərkibli bitki məhv edilib

Aia.az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə rayon Öyrət kənd inzibati ərazisində bələdiyyəyə məxsus torpaq sahəsində narkotik tərkibli bitki hesab edilən, yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Şəki ŞRPŞ əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ümumi çəkisi 4 ton 300 kq olmaqla, 3572 ədəd çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Geri dön