Ana Sayfa > Cəmiyyət > Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı


23-06-2017, 17:02. Yazar: admin
Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Cahangirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ə.Cahangirov bu il kredit adı ilə tanışı zərərçəkmiş şəxsdən 20 min manat pul alıb qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


AİA.az
Geri dön