Ana Sayfa > Media > İstanbulda elektromobil taksilər fəaliyyətə başlayıb

İstanbulda elektromobil taksilər fəaliyyətə başlayıb


16-06-2017, 16:01. Yazar: admin
İstanbulda elektromobil taksilər fəaliyyətə başlayıb


Türkiyənin İstanbul şəhərində elektromobil taksilər fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, hazırda İstanbulda ümumilikdə 60 elektromobil taksi xidmət göstərir.

Perspektivdə belə taksilərin sayının 2 minədək artırılacağı bildirilir.

Yaxın aylarda Ankarada da elektromobil taksilərin fəaliyyətə başlayacağı gözlənilir.

Bəzi mənbələr 2018-ci ilədək İstanbul və Ankaranın taksi parklarının tamamilə elektrik avtomobillərə keçəcəyini qeyd edir.
Geri dön