Ana Sayfa > Media / Seçilənlər-5 > Uzunömürlü nikahlar ÖMRÜ UZADIR

Uzunömürlü nikahlar ÖMRÜ UZADIR


15-06-2017, 14:16. Yazar: admin
Uzunömürlü nikahlar ÖMRÜ UZADIR


Sözsüz ki, insanın özünə dilədiyi ən böyük arzu uzunömürlü və sağlam olmaq arzusudur. Nəzərə alsaq ki, insanın yaşadığı illərin sayının 30 faizi genetika, 70 faizi isə həmin insanın keçirdiyi həyat tərzi ilə bağlıdır, belə qənaətə gəlmək olar ki, uzunömürlü olmaq insanın özündən asılıdır.

Modern.az mövzu ilə bağlı yazını təqdim edir.

İnsan 90 yaşını ötürsə onu uzunömürlü adlandırmaq olar. Bu ömrü yaşamaq, bu adı qazanmaq üçün yaşanılan həyat tərzində hansı amillərin olması vacibdir?

İlk növbədə qeyd edək ki, qadınların 100 yaşa qədər yaşamaq şansı kişilərdən 70 faiz daha çoxdur. Kişilərə isə bu yaşa çatmaları üçün başqa bir şans verilib. Eyni xanımla uzunömürlü nikahları olan kişilərin ömrü də uzun olur. Odur ki, kişilər bunu nəzərə alıb çoxarvadlılıqdan uzaq olsalar yaxşıdır. Heç olmasa uzun ömür naminə.

Amerika alnmlərinin uzun tədqiqatlarından sonra gəldikləri nəticəyə görə məhəbbət, ürəkdən sevmək insan ömrünün üzərinə daha 5 il əlavə edir. Deməli sevgimizə və sevdiyimizə hörmətlə, daha böyük məhəbbətlə yanaşmalıyıq. Ən azı ona görə ki, ömrümüz bu sevgidən 5 illik bonus qazanır.

Çox vaxt işləməkdən, çalışmaqdan şikayətçi oluruq. Ancaq mütəxəssislərin rəyinə diqqət yetirsək bir daha işə gedib-gəlməkdən giley-güzar etməyəcəyik. Çünki işləyən insanların ömrü işləməyənlərlə müqayisədə daha uzun olur.

Uzunömürlülüyün sirrlərindən biri də çoxlarımızın ağlına gəlməyən təhsillə bağlıdır. Statistikaya görə ali təhsil alanların ömrü orta təhsilli insanların ömründən təxminən 6-8 il çoxdur. Yəqin ki, bu göstəricidən sonra sağına-soluna söyülən Leninin “oxumaq, oxumaq, yenə də oxumaq” fikirlərinə bir daha haqq qazandıracağıq.

Uzun ömür və sağlam yaşamaq üçün ən vacib şərtlərdən biri də azkalorili qida məhsulları ilə qidalanmaqdır. Yəni həyatın mənasını yeməkdə görməkdən uzaq olmaq ömrü uzadan amillərdən biridir.

İnsanın həyata baxışları da bilavasitə onun ömrünə təsir edir. Düşdüyü vəziyyətdən, maddi durumundan, mövqeyindən asılı olmayaraq insan həyata nikbinliklə, ümidlə baxırsa, daxilində paxıllıq, kin hissləri yoxdursa demək o xoşbəxt şəxs öz ömrünə əlavə 9 il də bəxş edir.

Əgər ömrünüzün balansına daha 5 il də əlavə etmək istəyirsinizsə öpüşməyə vaxt ayırın. Tez-tez öpüşən insanların ömrü bu gözəl məşğuliyyətdən məhrum olanlardan 5 il uzun olur. Ancaq bu heç də o demək deyil ki, harda, necə və kiminlə gəldi öpüşməyə cəhd göstərmək lazımdır.

Uzunömürlü olmağın ən sadə sirrlərindən biri hər gün 10 min addım piyada gəzməkdir. Şəxsi avtomobilə sahib olmaq çox yaxşı haldır. Amma ona hədsiz aludə olmaq sadəcə ömrü baltalamaq deməkdir.

Həftədə minimum 3 dəfə sekslə məşğul olanlar 30 yaşdan sonra bu zövqdən bəhrələnməyən həmyaşıdlarından 3-5 il daha cavan görünürlər. Odur ki, uzunömürlü olmaq istəyirsinizsə intim yaxınlığı özünüzə daha yaxın buraxın. Həm özünüzün, həm də sevdiyinizin ömrünü bu zövqlə uzadın.

AİA.az
Geri dön