Ana Sayfa > Dünya > Ərəblərdən Nurgül Yeşilçaya 3 minlik jest - FOTO

Ərəblərdən Nurgül Yeşilçaya 3 minlik jest - FOTO


15-06-2017, 13:50. Yazar: admin
Ərəblərdən Nurgül Yeşilçaya 3 minlik jest - FOTO




Nurgül Yeşilçayın hazırladığı çantaların biri 3 min TL-yə (təxminən 1500 manat) satılıb.

AİA.Az publika.az-a istinadla xəbər verir ki, yaxın şərqdə böyük pərəstişkarları olan aktrisa çanta biznesində böyük uğur əldə edib. Belə ki, serial ulduzunun bir pərəstişkarı Bodrumdakı mağazanı axtarıb tapıb və 100 ədəd çanta sifariş verib. Çantaların pulunu isə öncədən nəğd şəkildə 300 min TL (150 min manat) ödəyib.

Qeyd edək ki, Nurgül Yeşilçay boş vaxtını naxışlı çanta hazırlamağa sərf edir. Uzun illərdir ki, müxtəlif cür naxışları daha dərindən öyrənməyə maraq göstərir.

O, müsahibəsində naxış barədə bu açıqlamanı verib:
"Özümü dərk etdiyimdən bəri şəkil çəkirəm, əl qabiliyyətim yaxşıdır. Zamana hökm etmək əvəzinə onu ən doğru, ən səmərəli şəkildə istifadə edirəm".

Aktrisa çanta kolleksiyalarının hazırlanmasını hazırda Bodrumda ev xanımlarına əmanət edib. Bununla onların da qazanc əldə etməsinə yardım edir.

AİA.az
Geri dön