Ana Sayfa > Cəmiyyət / Karusel > Ucarda məzunlar qəzaya düşdülər

Ucarda məzunlar qəzaya düşdülər


14-06-2017, 16:48. Yazar: admin
Ucarda məzunlar qəzaya düşdülər



Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

AİA.az "Report"-a verilən xəbərə görə, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində minik maşınlarında olan sürücü və sərnişinlər XI sinif məzunlarıdır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əsarət alanların şəxsiyyəti təqiqləşdirilir.


Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

AİA.az
Geri dön