Ana Sayfa > Media > Birinci xanım 5 aydan sonra Ağ evə qayıtdı

Birinci xanım 5 aydan sonra Ağ evə qayıtdı


12-06-2017, 12:21. Yazar: admin
Birinci xanım 5 aydan sonra Ağ evə qayıtdı



Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayana ABŞ prezidenti Donald Trampın xanımı Melania Tramp 5 aydan sonra Ağ evə köçüb.

AzVision.az-ın məlumatına görə, bununla bağlı Melania Tramp sosial şəbəkədə paylaşım edib: “Yeni evimizdə keçirəcəyimiz günlər üçün çox həyacanlıyam”.

Xatırladaq ki, Trampın andiçməsindən sonra birinci xanım oğlu 11 yaşlı Barronun məktəbi tətilə çıxana qədər Nyu-Yorkdakı “Trump Tower”də qalmağı üstün tutmuşdu. Bununla da Melania Tramp ərinin andiçməsindən sonra onunla birlikdə Ağ evə köçməyən ilk birinci xanım kimi tarixə düşüb.

AİA.az
Geri dön