Ana Sayfa > Cəmiyyət / Karusel > Ermənilər Ağdamda yeni təxribatlara əl atır

Ermənilər Ağdamda yeni təxribatlara əl atır


12-06-2017, 12:06. Yazar: admin
Ermənilər Ağdamda yeni təxribatlara əl atır



“Ermənilər illərdir ki, işğal altında olan bölgələrimizdə yanğınlar törədirlər. Düşmən bununla flora və faunanı məhv edir”.

Bunu AzVision.az-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısının sözlərinə görə, düşmən tərəfi hər il bu vaxtlar yanğın törədərək görmə zolağını açmağa çalışır.

“Bu, ermənilərin növbəti təxribatıdır. Onlar çirkin niyyətlərindən əl çəkmirlər. Yanğın bizim nəzarətimizdə olan ərazilərə keçməyib. Təmas xəttində taxıl, arpa sahələrimiz var. Bu sahələrə yanğın keçə bilər. Vəziyyəti nəzarətdə saxlayırıq. Buna baxmayaraq güclü külək olsa, yanğının bizim sahələrə keçmə ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son günlər Ağdam rayonunun işğal altında olan kəndlərində yanğınlar törədirlər.


AİA.az
Geri dön