Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > İŞİD-ə yeni üzv gətirənə 10 min dollar mükafat verilir

İŞİD-ə yeni üzv gətirənə 10 min dollar mükafat verilir


19-10-2015, 01:37. Yazar: admin



Terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) yeni üzv cəlbetmə üsullarını araşdıran Birləşmiş Millətlər Təşkilatı (BMT) komissiyasının sədri Elzbieta Karska Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, İŞİD-i yönləndirənlər yeni cihadçıları Suriya və İraqa cəlb etmək üçün sosial media ilə yanaşı, xarici döyüşçülərin gəldikləri ölkələrdəki dairələrdən də istifadə edirlər.

“Yeni yaraqlıları İraq və ya Suriyaya gətirənlərə 2 min, 3 min, hətta 10 min dollara qədər pul mükafatı verildiyi xəbərlərini alırıq. Mükafat miqdarı gətirilən adamın qabiliyyətinə bağlı olur”, - Karska deyib.

BMT rəsmisi sözlərinə belə davam edib: “Əgər gələn şəxs təhsillidirsə, məsələn, kompüter proqramçıları kimi, ya da həkimdirsə, mükafat artır”. ABŞ 2011-ci ildən bu yana Suriyaya 100-dən çox ölkədən 30 mindən çox xarici döyüşçünün getdiyini təxmin edir. Bu adamların bir qisminin illər içərisində ya ölkələrinə geri qayıtdığı və ya toqquşmalarda öldürüldüyü güman edilir.
Geri dön