Ana Sayfa > Gündəm > Bu rayonlarda 3 gün qaz olmayacaq

Bu rayonlarda 3 gün qaz olmayacaq


3-06-2017, 08:47. Yazar: admin
Bu rayonlarda 3 gün qaz olmayacaq



İyunun 4-6-sı tarixlərində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

"Azəriqaz” dan verilən məlumata görə, məhdudiyyət "Qaz İxrac” İdarəsinin balansında olan "Astara-Qazıməmməd” və "Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədardır.

"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

AİA.az
Geri dön