Ana Sayfa > Gündəm > Sabah Bakının mərkəzi yolu bağlanacaq

Sabah Bakının mərkəzi yolu bağlanacaq


2-06-2017, 14:54. Yazar: admin
Sabah Bakının mərkəzi yolu bağlanacaq



Bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Formula 1 - Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı bu gün trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

AİA.az xəbər verir ki, bu trek - Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AİA.az
Geri dön