Ana Sayfa > Gündəm > Hərbçilərimiz NATO-nun təlimində - Fotolar

Hərbçilərimiz NATO-nun təlimində - Fotolar


31-05-2017, 16:29. Yazar: admin
Hərbçilərimiz NATO-nun təlimində - Fotolar



Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

AİA.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçmiş və NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Hazırda sertifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.




Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur. Təlim iyunun 2-dək davam edəcək.

AİA.az
Geri dön