Ana Sayfa > Şou-biznes / Manşet > Gürcüstanda 77 yaşlı azərbaycanlı arvadını güllələyib

Gürcüstanda 77 yaşlı azərbaycanlı arvadını güllələyib


26-06-2015, 10:49. Yazar: admin

Həyat yoldaşını öldürdükdən sonra o özünə də atəş açıb.

Bolnisi rayonunun Bala Muğanlı kəndində qətl hadisəsi baş verib.

Aia.az -ın, hadisə barədə Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya bildirilib. Bala Muğanlı kənd sakini, 1938-ci il təvəllüdlü Nəriman M. qısqanclıq zəminində ov tüfəngi ilə 1951-ci il təvəllüdlü həyat yoldaşı M. Səmərqəndi güllələyib. Qarın nahiyəsindən yaralanan Səmərqənd M. hadisə yerində keçinib. Həyat yoldaşını öldürən Nəriman M. özünü də sinəsindən güllələyib, lakin onu xəstəxanaya çatdırıblar. Marneuli xəstəxanasında həyata keçirilən cərrahiyyə əməliyyatından sonra Nəriman M. sağ qalıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Polis hadisə yerindən ov tüfəngi götürüb.

Gürcüstan CM-nin 108-ci maddəsinin 11-ci bəndi əsasında qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.
Geri dön