Ana Sayfa > Gündəm > İslam Oyunlarının bağlanışına ayrılan 430 avtobus daşımaya hazırdır

İslam Oyunlarının bağlanışına ayrılan 430 avtobus daşımaya hazırdır


22-05-2017, 15:06. Yazar: admin
İslam Oyunlarının bağlanışına ayrılan 430 avtobus daşımaya hazırdır



IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra daşınma prosesinə start veriləcək:

“Tamaşaçıların daşınması saat 17:00-dən 200-dək davam edəcək. Bakı Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir”.

AİA.az
Geri dön