Ana Sayfa > İdman / Karusel > Azərbaycan İslamiadada ilk medalını qazandı

Azərbaycan İslamiadada ilk medalını qazandı


13-05-2017, 12:49. Yazar: admin
Azərbaycan İslamiadada ilk medalını qazandı



IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib.

AİA.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları qarşılaşıb.
"Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş həndbolçularımızın qələbəsi ilə başa çatıb. Qadınlardan ibarət yığma komandamız 42:25 hesabı ilə rəqibini məğlub edib.

Bununla da finala yüksələn Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, saat 13:30-da keçiriləcək Türkiyə - Kamerun matçının qalibi yığmamızın rəqibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da keçiriləcək.

AİA.az
Geri dön