Ana Sayfa > İdman > “Real” - “Yuventus” finalı olacaq

“Real” - “Yuventus” finalı olacaq


11-05-2017, 12:12. Yazar: admin
“Real” - “Yuventus” finalı olacaq




Çempionlar Liqasının 2016/2017 mövsümünün ikinci finalçısı müəyyənləşib.

AİA.az xəbər verir ki, "Visente Kalderon” stadionunda Madrid klubları "Atletiko” ilə "Real” üz-üzə gəlib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Atletiko”nun heyətində Saul Niguez və Antuan Qrizmann, müvafiq olaraq 12 və 16-cı dəqiqələrdə fərqləniblər.

"Kral” klubunun təsəlli qolunu isə 42-ci dəqiqədə İsko vurub.

Məğlubiyyətə baxmayaraq, ilk oyundakı 3:0 qələbə sayəsində "Real” klubu adını finala yazdırıb.

Həlledici görüşdə Zinəddin Zidanın yetirmələrinin rəqibi İtaliyanın "Yuventus” klubu olacaq.

AİA.az
Geri dön