Ana Sayfa > Gündəm / Karusel > Əli Əhmədov yaxşı yaşamağın yolunu göstərdi

Əli Əhmədov yaxşı yaşamağın yolunu göstərdi


3-05-2017, 15:04. Yazar: admin
Əli Əhmədov yaxşı yaşamağın yolunu göstərdi



“Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir”.

Bunu baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb.

"Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Bunlar da gələcəkdə Heydər Əliyevin ideyalarını, İlham Əliyevin həyata keçirdiyi işləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Ə. Əhmədov qeyd edib ki, müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olarlarsa, onlar 4 illik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar: “Bu gün yaradıcısı Heydər Əliyev olan hakim partiya 50 tələbəyə təqaüd verir”.

AİA.az
Geri dön