Ana Sayfa > Dünya / Aia TV / Karusel > Aytən Səfərovanın profilini oğurladılar

Aytən Səfərovanın profilini oğurladılar


13-10-2015, 19:04. Yazar: admin


Tanınmış teleaparıcı Aytən Səfərovanın "Facebook" profili oğurlanıb.

Bu barədə teleaparıcı özü məlumat verib. Səfərova bildirib ki, profili böyük səy nəticəsində geri qaytarmaq mümkün olub:

"Salam, dostlar. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün beş saatadək mənim "Facebook" profilim bağlı olub və hücuma məruz qalıb. Yaxın insanların köməyilə, böyük səy nəticəsində səhifənin işini nəzarət altına götürmək mümkün olub. Bu müddət ərzində hər hansı bir mesaj, yaxud digər ismarıc daxil olubsa, bu, birbaşa həmin problemdən irəli gəlib. Hazırda səhifənin təhlükəsizlik səviyyəsini gücləndirmək səviyyəsində iş gedir".

Qeyd edək ki, Aytən Səfərova bir neçə gün öncə ANS-də ATV-yə keçib.
Geri dön