Ana Sayfa > İdman > “Real” finalın bir addımlığında

“Real” finalın bir addımlığında


3-05-2017, 12:22. Yazar: admin
“Real” finalın bir addımlığında



Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

AİA.az xəbər verir ki, ilk görüşdə Madridin iki klubu üz-üzə gəlib."Santyaqo Bernabeu” stadionunda "Atletiko”nu qəbul edən "Real” Kriştiano Ronaldonun het-triki sayəsində qələbə qazanıb.Portuqaliyalı ulduz 10, 73 və 86-cı dəqiqələrdə fərqlənib.

Bununla da, Ronaldo Çempionlar Liqası tarixində öz rekordunu yeniləyib. Hücumçunun hesabında 103 qol var.
Mayın 3-də keçiriləcək digər yarımfinal qarşılaşmasında Fransanın "Monako” klubu İtaliyanın "Yuventus” komandasını qəbul edəcək.

AİA.az
Geri dön