Ana Sayfa > Gündəm / Karusel > Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb


26-04-2017, 12:48. Yazar: admin
Sabaha olan hava proqnozu açıqlanıb



Aprelin 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfertəzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Geri dön