Ana Sayfa > Gündəm > Gömrükdə 4000 ədəd "NZ" müsadirə edilib

Gömrükdə 4000 ədəd "NZ" müsadirə edilib


24-04-2017, 15:18. Yazar: admin
Gömrükdə 4000 ədəd "NZ" müsadirə edilib


Qanunsuz yolla ölkəyə gətirilən siqaretlər müsadirə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-21043” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


AİA.az
Geri dön