Ana Sayfa > Gündəm > Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi

Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi


21-04-2017, 16:04. Yazar: admin
Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi



Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.

AİA.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.

O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.

8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

AİA.az
Geri dön