Ana Sayfa > Media / Karusel > Obamanın qızı ilə evlənmək istəyən şəxs tutuldu

Obamanın qızı ilə evlənmək istəyən şəxs tutuldu


20-04-2017, 15:36. Yazar: admin
Obamanın qızı ilə evlənmək istəyən şəxs tutuldu




ABŞ-ın məxfi xidmət əməkdaşları keçmiş prezident Barak Obamanın 18 yaşlı qızı Maliya Obamanı təqib edən və ona evlilik təklifi etmək istyən şəxsi saxlayıb.

AzVision.az “New York Daily News” qəzetinə istinadən xəbər verir ki, həmin şəxs 30 yaşlı Nyu-York sakini Ceyl Nilton Kardosodur.

Məlumata görə, saxlanılan şəxs əvvəllər Ağ Evin ərazisinə girməyə cəhd göstərib. Aprelin 10-də o, Milyanın Nyu-Yorkda təcrübə keçdiyi binaya daxil olaraq onunla evlənməsi üçün ucadan yalvarıb. Hadisədən iki gün sonra isə onu izləməyə başlayıb.

Məxfi xidmət əməkdaşları həmin şəxslə söhbətdən sonra onun ruhi vəziyyətində problemlərin olduğunu aşkar edib. Kardoso ekspertizadan keçirilməsi üçün klinikaya göndərilib.


AİA.az
Geri dön