Ana Sayfa > Karusel > At və eşşək kəsib satan yenə tutuldu

At və eşşək kəsib satan yenə tutuldu


2-04-2017, 14:22. Yazar: admin
At və eşşək kəsib satan yenə tutuldu






Cəlilabad rayonunun Maşlıq kəndində at və uzunqulaq əti satmaqla məşğul olan kənd sakini Abbasov Saqif Tərlan oğlu eyni əmələ görə yenidən tutulub.

Aia.Az report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları və Cəlilabad Rayon Baytarlıq İdarəsinin birgə keçirdiyi reyd zamanı S.Abbasovun fermasına baxış keçirilib.

Reyd zamanı onun fermada yenidən bir neçə at kəsdiyi məlum olub. Həmin ferma nəzarətə götürülüb və hadisə yerində xüsusi postlar qurulub.

Bir neçə gün öncə Abbasov Saqif Tərlan oğlunun fermasına baxış zamanı onun qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olduğu aşkar edilmişdi.

aia.az
Geri dön