Ana Sayfa > Gündəm > Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı


29-03-2017, 16:02. Yazar: admin
Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı



2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobuslar kart sisteminə keçəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: "Bunun üçün biz sərnişin daşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Həmin avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək".

V. Kərimli bildirib ki, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: "Həmin vaxtdan etibarən paytaxt daxili bütün marşrutlar kart sisteminə keçəcək".

AİA.az
Geri dön