Ana Sayfa > Media > Prezident məmurlara çirkin qadınlara yaltaqlanmağı məsləhət gördü

Prezident məmurlara çirkin qadınlara yaltaqlanmağı məsləhət gördü


8-03-2017, 12:12. Yazar: admin
Prezident məmurlara çirkin qadınlara yaltaqlanmağı məsləhət gördü


Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, ölkə məmurları qadınlarla danışmağı bacarmırlar və onlara bunu öyrətmək də daim dövlət başçısının üzərinə düşür. O, məmurları çirkin qadınlarla da xoş davranmağa çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş tədbirdəki çıxışı zamanı Nazarbayev deyib:

"Əgər qadın gözəldirsə, ona de ki, sən ağıllısan. Əgər qadın gözəl görünmürsə, ona söylə ki, sən gözəlsən. Əgər heç birinə uyğun gəlmirsə, onda de ki, "sən necə də arıqlamısan!”. Düz deyirəmmi? Bax, mən hər zaman məmurlara bunu öyrədirəm, amma yenə edə bilmirlər",- deyə Nazarbayev məsləhət verib.

2016-cı ilin iyunundan N.Nazarbayev qazaxıstanlı qadınlara respublikasının ali vəzifələrinə də seçilmək imkanları yaradıb.
Nursultan Nazarbayevin üç qızı var. Böyük qızı Dariqa Qazaxıstan Senatında beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəyə rəhbərlik edir. Əvvəllər o, baş nazirin müavini vəzifəsini tutub, bir sıra ictimai təşkilatlara rəhbərlik edib.
Prezidentin ortancıl qızı Dinara Nursultan Nazarbayev adına Milli Təhsil Fonduna rəhbərlik edir.

Kiçik qızı Aliyə isə iş adamı Daniyar Хаsenovla ailə qurub, tikinti firmasının direktorlar şurasının sədridir.


AİA.az
Geri dön