Ana Sayfa > Aia TV > Ramil Usubov daha iki rayonun polis rəisini çıxardı - DİN-də yeni təyinat

Ramil Usubov daha iki rayonun polis rəisini çıxardı - DİN-də yeni təyinat


7-03-2017, 18:07. Yazar: admin
Ramil Usubov daha iki rayonun polis rəisini çıxardı - DİN-də yeni təyinat








Bakının rayonlarından birinin polis rəisi təqaüdə göndərilib.


Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Bakının Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki İntiqam Mirsalayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.


Onun yerinə hələlik təyinat yoxdur.


Məlumata görə isə, bu gün Hacıqabul rayon Polis Şöbəsinə yeni rəis təyinatı olub.


Belə ki, daxili işlərə naziri Ramil Usubovun müvafiq əmri ilə Hacıqabul rayon Polis Şöbəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Məmməd Marif oğlu Hüseynov təyin edilib.


Məmməd Hüseynov indiyədək Zərdab rayon Polis Şöbəsinin rəisi olub. Zərdab RPŞ-yə təyinat haqda isə xəbər yoxdur.


aia.az
Geri dön