Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > Rusiyada azərbaycanlı İŞİD üçün döyüşə getməyə hazırlaşırdı

Rusiyada azərbaycanlı İŞİD üçün döyüşə getməyə hazırlaşırdı


18-06-2015, 13:27. Yazar: admin

Məhkəmə qərar çıxarıb.

Tversk dövlət universitetinin ikinci kurs tələbəsi Tverskin Zavoljsk rayon məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək. Tələbə Rusiya Federasiyası CM-nin “xarici dövlətin ərazisində RF maraqlarına zidd olan, bu dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qurumda iştiraka hazırlıq”, Oxu.Az “KP”ya istinadən bildirib.

Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, əslən Azərbaycandan olan oğlan Suriya Ərəb Respublikasının ərazisinə yollanmağı və orada qanunsuz silahlı qüvvələrin tərkibinə daxil olmağı planlaşdırırdı. Bu fikri həyata keçirmək üçün o, “İslam dövləti” tərkibində mübarizə aparan tanışı ilə yazışmalar aparıb.

Bundan sonra onun yoldaşı ittiham edilən şəxsi psixoloji hazırlayıb, keçən ilin dekabr ayının 4-də o, Suriya ərazisinə keçməyə cəhd edib, amma FTX əməkdaşları tərəfindən saxlanılıb.
Geri dön