Ana Sayfa > Dünya > Aynur həmkarlarını qınadı: "Paxıldırlar"

Aynur həmkarlarını qınadı: "Paxıldırlar"


1-03-2017, 18:24. Yazar: admin
Aynur həmkarlarını qınadı: "Paxıldırlar"

Müğənni Aynur Dadaşova "10-dan sonra" verilişinin qonağı olub.

AİA.Az axşam.az-a istinadən bildirir ki, ifaçı sənət aləmindəki paxıllıqdan danışıb:

"Paxıl olmamaq lazımdır. Bu yaxınlarda bir çəkiliş oldu. Mənə yaxınlaşıb deyirdilər ki, nə var gəlmisən, getmişdin sənətdən, otur da evində. Bunu deyənlər öz sənət yoldaşlarım idi. Xoş söz desəniz, nə olar ki? Bu sənətdə olan insanlarıq, bir-birimizə "can" deyib, uğurlar arzulamalıyıq. Paxıllıq edəndə nə olur ki?

Haqqımda dedi-qodular çox yayıldı. Bilirdim ki, sənətə qayıdanda hamı deyəcək, boşanıb. Bəlkə də mən iki il fasilə verib, geri qayıdardım. Bu şayiələrə görə çəkinirdim. Ona görə də 8 ildir efirə çıxmıram. Əgər mən boşanmağımı gizlətsəm, qonşum, qohumum açıb deyər. Allahın bildiyini tamaşaçıdan gizlətmək olmaz".

AİA.az
Geri dön