Ana Sayfa > Gündəm / Karusel > Polkovnik: "O şəhidimizin nə atası vardı, nə qardaşı.."

Polkovnik: "O şəhidimizin nə atası vardı, nə qardaşı.."


1-03-2017, 12:33. Yazar: admin
Polkovnik: "O şəhidimizin nə atası vardı, nə qardaşı.."

Şəhid olan Akşin Abdullayevin Şəkinin Kiş kəndində keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani də çıxış edib.

Milli.Az xəbər verir ki, polkovnik bildirib: "Dünən son şəhidi gecə saat 3-də Beyləqanda "Peyğəmbər" ziyarətgahından son mənzilə yola saldıq və hər bir şəhidin xatirəsinə ayrıca bir vidalaşma mərasimi düzənləndi.

Dünən mənimçün ən dəhşətli an o oldu ki, bir şəhid əsgərimizin nə atası var, nə qardaşı var, nə əmisi var, nə dayısı var. Soruşdum bəs onun qohumları? Onda beyləqanlılar, xocavəndlilər çıxdılar qabağa".

AİA.az
Geri dön