Ana Sayfa > Dünya / Karusel > Beren Saatdan ölən sevgilisinə VƏFA, ərinə "XƏYANƏT" - FOTO

Beren Saatdan ölən sevgilisinə VƏFA, ərinə "XƏYANƏT" - FOTO


28-02-2017, 11:27. Yazar: admin
Beren Saatdan ölən sevgilisinə VƏFA, ərinə "XƏYANƏT" - FOTO

Ötən gün Türkiyənin məşhur aktrisası Beren Saatın ad günü olub.

AİA.Az "intersinema"ya istinadla bildirir ki, o, doğum gününü əri və dostları ilə birlikdə məşhur otellərin birində keçirib. Mərasimi onun müğənni əri Kənan Doğulu təşkil edib. Cütlük qonaqları yola saldıqdan sonra otelin mansardında birlikdə gecə keçirilib.

Partidən əvvəl gözəllik salonuna gedən Beren Saat paparassilərin diqqətini çəkib. Belə ki, onun boynunda ölən sevgilisinin hədiyyə etdiyi boyunbağının olması fotoqrafların diqqətindən yayınmayıb.



Qeyd edək ki, onun keçmiş sevgilisi Efe Güray 2004-cü ildə ağır yol qəzasına düşərək həyatını itirib.

Beren Saat onun ölümündən sonra kastinqlərə qatılıb. O, aktrisalıq sahəsində özünü sınayıb, hazırda isə təkcə Türkiyədə deyil, bütün dünyada məşhurdur.

AİA.az
Geri dön