Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Almaniya geri çəkilir: Merkel Əsədlə danışmaq istəyir

Almaniya geri çəkilir: Merkel Əsədlə danışmaq istəyir


28-09-2015, 01:25. Yazar: admin
Almaniya geri çəkilir: Merkel Əsədlə danışmaq istəyir
Suriya münaqişəsinin nizama salınması üçün “bir çox əlaqədar şəxslə” dialoq aparmaq lazımdır. O cümlədən Əsəd ilə.

Bu barədə Almaniya kansleri Angela Merkel Brüsseldə Avropa İttifaqının növbədənkənar zirvə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Almaniya hökuməti indiyədək ancaq Suriya liderinin istefaya getməsini tələb edirdi. Amma qaçqınların Avropaya və ilk növbədə Almaniyaya axını, İŞİD terrorçu qruplaşmasının mövqelərinin möhkəmlənməsi, görünür, hökumətin siyasi kursunun tədricən dəyişməsinə səbəb olub.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer artıq bu ilin əvvəllərində qəzetlərin birinə müsahibəsində bildirmişdi ki, prinsip etibarilə Suriya rəhbərliyi ilə danışıqlar imkanını istisna etmir. publika.az
Geri dön