Ana Sayfa > İdman / Aia TV / Karusel > Voleybolçu qızlarımız Türkiyəyə məğlub oldular

Voleybolçu qızlarımız Türkiyəyə məğlub oldular


27-09-2015, 16:59. Yazar: admin

Avropa çempionatının final mərhələsi start verilib.

Belçika və Niderlandda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi start götürüb.

Azərbaycan millisinin yer aldığı qrupun oyunları Belçikanın Antverpen şəhərində keçirilir.

Turnirdə milli komandamız ilk görüşünü Türkiyə voleybolçularına qarşı keçirib. Antpervendəki “Lotto Arena”da keçirilən oyun Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş məşqçi Faiq Qarayevin yetirmələri növbəti oyununu Belçika yığmasına qarşı keçirəcək.
Geri dön