Ana Sayfa > Cəmiyyət / Karusel > Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb

Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb


24-02-2017, 13:33. Yazar: admin
Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb

“Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır”.

AzVision.az xəbər verir­ ki, bunu Əsir və itk­in d­üşmüş, girov göt­ürülm­üş vətəndaşlarl­a əlaq­ədar Dövlət Ko­missiyasının katibi,­ işçi q­rupunun rəhb­əri İsmay­ıl Axundov ­deyib. Onun sözlərinə görə, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir: “Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır”.

İ.Axundov bildirib ki, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: “Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir”.

AİA.az
Geri dön