Ana Sayfa > Cəmiyyət / Karusel > Oğuzda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü yaralandı

Oğuzda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü yaralandı


24-02-2017, 11:42. Yazar: admin
Oğuzda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü yaralandı

Oğuzda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

AiA.Az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 23-ü axşam saat 21 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Əslən Xankəndindən olan və hazırda Zaqatala şəhərində məskunlaşan məcburi köçkün Saqif Vaqif oğlu Allahverdiyev iradə etdiyi "Opel" markalı, 10 LS 120 dövlət nömrə nişanlı avtomobil qəzaya düşüb.

Nəticədə avtomobildə olan sərnişinlər, sürücünün atası - 1958-ci il təvəllüdlü Vaqif Misir oğlu Allahverdiyev, həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əfruz Camal qızı Allahverdiyeva və ailənin digər üzvü, 1951-ci il təvəllüdlü Leyli Cəbrayıl qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

V.Allahverdiyev və Ə.Allahverdiyeva Oğuz Mərkəzi Rayon Xəstəxanasına, L.Allahverdiyava isə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Oğuz MRX-dan verilən məlumata görə, xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki MRX-dan isə bildirilib ki, L.Alllahverdiyeva ağır qapalı kəllə-beyin travması alıb.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Geri dön