Ana Sayfa > Dünya > Tanınmışlar Novruzun ilk çərşənbəsini bir arada qeyd etdilər - FOTO

Tanınmışlar Novruzun ilk çərşənbəsini bir arada qeyd etdilər - FOTO


22-02-2017, 12:27. Yazar: admin
Tanınmışlar Novruzun ilk çərşənbəsini bir arada qeyd etdilər - FOTO

Novruz bayramının ilk çərşənbəsi münasibətilə "Lider" telekanalı bayram konserti təşkil edib.

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu münasibətlə tanınmış simalar bir araya gəliblər.

Telekanalın qarşısında bayram tonqalı qalanıb. Gecənin aparıcılığı Murad Arif və Könül Muxtarovaya həvalə olunub. Milli geyimdən istifadə edən ifaçılar mahnılar səsləndiriblər.

Su çərşənbəsinin qonaqları müğənnilər Könül Kərimova, Cabbar Musayev, Aynur Dadaşova, meyxanaçı Namiq Qaraçuxurlu, aşıq Telli Borçalı, Namiq Fərhadoğlu və başqaları olublar. Rəqs qrupları milli rəqslər nümayiş etdiriblər.

AİA.az
Geri dön