Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda dönərxana PARTLADI - YENİLƏNİB - FOTO

Bakıda dönərxana PARTLADI - YENİLƏNİB - FOTO


21-02-2017, 14:23. Yazar: admin
Bakıda dönərxana PARTLADI - YENİLƏNİB - FOTO

Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rafael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Dönərxanada partlayışa qaz balonunun partlaması səbəb olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış nəticəsində 50 kvadratmetr ərazisi olan dönərxana yararsız hala düşüb.

İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.

--------

14:03

Bakıda dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

--------

13:22

Sabunçu rayonu, Zabrat qəsəbəsində partlayış baş verib.

AİA.Az xəbər verir ki, qafqazinfo-ya hadisə şahidləri bildiriblər ki, hadisə "Ayxan" marketlə üzbəüz olan dönərxanada qeydə alınıb.

Nəticədə çoxlu sayda insanın yaralandığı bildirilir.

AİA.az
Geri dön