Ana Sayfa > Siyasət > Hərbi prokuror prezidentin sərəncamından DANIŞDI

Hərbi prokuror prezidentin sərəncamından DANIŞDI


17-02-2017, 21:09. Yazar: admin
Hərbi prokuror prezidentin sərəncamından DANIŞDI






Azərbaycan Respublikası Baş prokurorunun müavini-hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə bağlı AZƏRTAC-a müsahibə verib.

Aia.Az bildirir ki, müvafiq sərəncamın humanist mahiyyəti, bu sənədin insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinə yönəldiyi barədə danışan Xanlar Vəliyev deyib:

- İlk növbədə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam həyatın tələbindən irəli gəlir. Bu gün Azərbaycan kriminogen duruma görə dünyanın müsbət mənada ən qabaqcıl ölkələrindən biridir. Digər tərəfdən, bu sənədin qayəsini Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təminatlı müdafiəsi, bu hüquq və azadlıqların genişləndirilməsi təşkil edir. Eyni zamanda, Sərəncam həm də hüquq-mühafizə orqanlarında mümkün korrupsiya hallarının qarşısının alınmasına, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Prezidentin prokurorluq orqanları ilə bağlı tapşırığında da qeyd olunduğu kimi, bundan sonra həm böyük ictimai təhlükə törətməyən, həm də az ağır cinayətlərə görə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsi ilə bağlı məhkəmələrə göndərilən təqdimatlar yalnız müstəsna hallarda verilə bilər. Daha bir humanist addım isə insanların cəmiyyətdən təcrid olunmadan barələrində aparılan cinayət mühakimə icraatının təmin edilməsidir.

Sərəncamda həm qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlər, həm də Cinayət Məcəlləsinin ayrı-ayrı normalarının dekriminallaşdırılması, tətbiq olunan azadlıqdan məhrumetmə cəzalarının yüngülləşdirilməsi, həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqi nəzərdə tutulur.

Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu humanist sərəncamın mahiyyətini, məğzini və insanların hüquq və azadlıqlarının təminatına yönəldilməsini yaxşı başa düşür və yüksək qiymətləndirir.

aia.az
Geri dön