Ana Sayfa > Siyasət / Karusel > Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək


16-02-2017, 12:32. Yazar: admin
Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AİA.az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında 5-ci dəfədir təşkil ediləcək üçtərəfli biznes-forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Bildirilir ki, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

AİA.az
Geri dön