Ana Sayfa > Karusel > Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq


14-02-2017, 20:53. Yazar: admin
Sabah bir neçə rayonda qaz olmayacaq





Sabah İmişli, Saatlı və Sabirabad rayonun qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AİA.Az-a verilən məlumata görə, sabah saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan "Otuzikilər", "Qaracalar", "Saatlı", "Axundov", "İmişli" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bakının Suraxanı və Nərimanov rayonlarının təbii qaz təchizatında da məhdudiyyətlər olacaq.

Suraxanı rayonu C.Qurbanov küçəsi "Aura" şadlıq sarayınını qarşısında, diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qaz tənzimləyicinin mövcud xəttə qoşulması ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq.

Görulən işlər zamanı, sabah saat 09:00-dan 17:00-dək Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin, həmçinin Nərimanov rayonu H.Əliyev, Xətai prospekti, Təbriz küçəsi, C.Hacıbəyli, Həsənoğlu, Ə.Əlizadə küçələrində və ətraf ərazilərin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

aia.az
Geri dön