Ana Sayfa > Gündəm / Aia TV > Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir


14-02-2017, 18:04. Yazar: admin
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

Azərbaycan cinayətkarlıq səviyyəsinin ən aşağı olduğu ölkələr siyahısında ilk 20-likdə qərarlaşıb.

Bu barədə nüfuzlu Numbeo saytı yazıb. Siyahıda ümumilikdə 125 ölkə yer alıb. Azərbaycan 27.05 indeks göstəricisi ilə siyahıda 18-ci pillədə qərarlaşıb.

Avropa ölkələri arasında isə Azərbaycan 9-cu pillədə qərarlaşıb. Bu arada Numbeo ölkəmizi Asiya regionuna aid edir ki, bizdə burada 11-ci pillədəyik. Ölkəmiz Qərbi Avropa ölkələri sırasında isə 6-ci pilləni tutur.

Dünyada ən təhlükəsiz ölkələr Asiya qitəsində yerləşir. Bunlar Qətər (15,70), Sinqapur (16,58) və Tayvandır (17,24). İlk onluqda həmçinin Avstriya, BƏƏ, Honkonq, Gürcüstan, Yaponiya, Danemarka və Belarus da daxil olub.

AİA.az
Geri dön