Ana Sayfa > Karusel > Murovdağda QAR UÇQUNU: bir əsgərimiz həlak oldu

Murovdağda QAR UÇQUNU: bir əsgərimiz həlak oldu


10-02-2017, 19:02. Yazar: admin
Murovdağda QAR UÇQUNU: bir əsgərimiz həlak oldu




Qar uçqunu nəticəsində Azərbaycan Silahlı qüvvələrin əsgəri həlak olub.

Bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.



Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.



Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!


aia.az
Geri dön