Ana Sayfa > İdman > "Barselona" "Real"a çatdı

"Barselona" "Real"a çatdı


8-02-2017, 20:23. Yazar: admin
"Barselona" "Real"a çatdı








İspaniya Kral Kubokunda "Atletiko"nu (2:1, 1:1) mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanan "Barselona" əzəli rəqibi "Real"ın rekordunu təkrarlayıb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 39-cu dəfə finala yüksəlməklə "kral klubu"na çatıb.

Ancaq fərq ondadı ki, "Real" 39 finalın 19-da qalib gəlibsə, "Barselona" 38 həlledici görüşün 28-də kuboku muzeyinə apara bilib.

Digər tərəfdən son 8 ildə 6-cı dəfə finala adlayan "Barsa" həm də ardıcıl 4-cü final matçına çıxacaq. Komanda finalda qalib gələrsə, İspaniya Kral Kubokunu ardıcıl 3-cü dəfə qazanmış olacaq.

Qeyd edək ki, İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin digər cütlüyündə "Alaves"lə "Selta" bu gün üz-üzə gələcək. İlk matçda qolsuz bərabərlik qeydə alınıb.


aia.az
Geri dön